İŞİD-in zəbt etdiyi neft yataqlarının əksəriyyəti geri qaytarılıb

30.10.2015 00:25     Dünyadan reaksiya     1620

İraq ordusu İŞİD terror qruplaşmasının zəbt etdiyi neft yataqlarının, demək olar ki, hamısını geri qaytarıb.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu İraqın Neft Nazirliyinin nümayəndəsi Assem Cihad deyib.

“Ordu və təhlükəsizlik qüvvələri Səllah əd-Din əyalətini İŞİD silahlılarından azad edib. Hazırda terror qruplaşmaları yalnız Naynava əyalətində az sayda neft yataqlarına nəzarət edir”, deyə o Sputnik agentliyinə bildirib.

İraqın Neft Nazirliyinin nümayəndəsinin sözlərinə görə, İŞİD özü Naynava əyalətindəki neft yataqlarının işlətməkdə çətinlik çəkir, çünki bunun üçün xüsusi texniki təcrübə tələb olunur.   

Assem Cihad İŞİD-in bundan əvvəl böyük neft ehtiyatlarını nəzarətə aldığını vurğulayıb: “Biz konkret rəqəmlər açıqlamaqda çətinlik çəkirik, söhbət milyardlarla dollardan gedir”.

Məmur terrorçuların nefti kimə satdıqlarını deməkdə çətinlik çəkib: “Biz BMT TŞ-dən bu məsələnin araşdırılmasına dair müraciət etmişdik. İŞİD-dən İraq neftinin alınmasını qadağan edən bir neçə qətnamə qəbul olunub. Bu neftin alıcıları beynəlxalq məsuliyyətə cəlb ediləcəklər, bizim nazirlik bu məsələni nəzarətdə saxlayır”.  

Onun sözlərinə görə, İraqın neft sənayesi İŞİD qruplaşmasına görə milyardlarla dollar itirib: “Terrorçular neft müəssisələri və borularını sıradan çıxarıb, şimal istiqamətində neftin ixracı dayandırılıb. İraq iki ildən çoxdur ki, hər gün neft ixracından 300-400 min barel itirir”.   

 

Şərhlər

Çox oxunanlar