Avropa İttifaqı Belarusa qarşı sanksiyaların tətbiqini dayandırıb
30.10.2015 00:45 Dünyadan reaksiya 1648
Aİ ölkələri Belarusun 170 vətəndaşına qarşı sanksiyaların tətbiqini dörd ay müddətinə dayandırıb.
Reaksiya.az-ın verdiyi xəbərə görə, bundan başqa, üç hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar müvəqqəti dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Aİ Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı tətbiq edilən sanksiyaları ləğv edib.
Belarus lideri Aİ ilə münasibətlərin tam normallaşacağına ümidvar olduğunu bildirib.
Şərhlər