Sabiq baş nazir barədə cinayət işi açılıb
30.10.2015 00:53 Dünyadan reaksiya 1604
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radanın deputatı Georgi Loqvinski bildirib.
Onun sözlərinə görə, Berluskoni sentyabrda Krıma səfər edərkən Ukrayna ərazisinə giriş qaydalarını pozub. Bundan başqa, Berluskoni “əmlakın mənimsəməsi” maddəsi üzrə də ittiham edilib.
Məlumata görə, Loqvinskiy jurnalistlərə Berluskoniyə qarşı cinayət icraatının başlanmasını təsdiqləyən Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Xidmətinin müvafiq sənədlərini təqdim edib.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Berluskoninin ölkəyə girişinə 3 illik qadağa qoyub.
Xatırladaq ki, Silvio Berluskoni sentyabrda Krıma səfər edərək orada Vladimir Putinlə görüşüb.
Şərhlər