Seçki günü təhlükəsizliyi 385 min asayiş keşikçisi təmin edəcək

30.10.2015 04:58     Dünyadan reaksiya     1789

Türkiyədə parlament seçkilərinin təhlükəsizliyini 385 min jandarma və asyiş keşikçisi təmin edəcək.

Reaksiya.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi qərar qəbul edib.

Nazirliyin qərarına əsasən, təhlükəsizlik qurumunun 255 min əməkdaşı və 130 min jandarmaya seçkinin təhlükəsizliyini təmin etmək üçün tapşırıq verilib. Onlar seçki məntəqəsinin yerləşdiyi binanın, seçki qutuları, protokolların mühafizəsi də daxil olmaqla, seçkilərin keçirilməsinə məsul şəxslərin təhlükəsizliyi, qutuların daşınmasınadək bütün bu sayaq proseslərə nəzarət edəcək, təhlükəsizliklə bağlı yaranacaq problemləri aradan qaldıracaqlar.

Bununla əlaqədar bəzi bölgələrdə zirehli texnika və helikopterlərdən istifadə edilməsi nəzərdə tutulub.

Seçkinin keçirilməsini təmin etmək üçün Türkiyənin qərbindəki bəzi hərbi hissələr müvəqqəti olaraq ölkənin şərqinə və cənub-şərqinə köçürülüb. 

Şərhlər

Çox oxunanlar