Rusiyada bina partlayıb - ölən və yaralananlar var

30.10.2015 05:50     Dünyadan reaksiya     1813

Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində üçmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən güclü partlayış baş verib.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 3-cü blokun konstruksiyaları uçub. Son məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 yaşlı qız daxil olmaqla, 2 nəfər xəsarət alıb.

Dağıntılar altında bir neçə sakinin qaldığı ehtimal edilir, hadisə yerində xilasetmə-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, 27 mənzilli 3 mərtəbəli kərpic bina 1993-cü ildə istifadəyə verilib.   

 

Şərhlər

Çox oxunanlar