Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi - Ərdoğan
30.10.2015 09:27 Dünyadan reaksiya 2067
“Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi”.
Reaksiya.az xəbər verir ki, bunu APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətiylə Ankarada keçirdiyi qəbulda bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: “Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə - Amerika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.
Şərhlər