Avropa Parlamenti amerikalı casusa sahib çıxdı - Ona sığınıcaq veriləcək

30.10.2015 09:37     Dünyadan reaksiya     1943

Avropa Parlamenti ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş işçisi Eduard Snouden üçün Avropada sığınacaq tələb edib.
 
Reaksiya.az xəbər verir ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarının elektron izlənməsi və dinləməsi iolə bağlı müzakirələrin sonunda Snoudenə sığınacaq verilməsi və onun təqibinin dayandırılması üçün qətnamə qəbul edilib.
 
AP üzvləri Snoudeni "beynəlxalq insan hüquqları müdafiəçisi" kimi təqdim edərək, onu üçüncü ölkəyə ekstradisiya etməməyi tələb edib.
 
 

Şərhlər

Çox oxunanlar