İŞİD 13 jurnalisti öldürdü - Beynəlxalq təşkilat

30.10.2015 10:33     Dünyadan reaksiya     1926

Sərhəd Tanımayan Jurnalistlər Təşkilatı və Jurnalistika Azadlığı Müşahidəçiləri birlikdə hesabat hazırlayıb.

Reaksiya.az xəbər verir ki, hesabatda İŞİD-in İraqın Mosul şəhərində 48 jurnalisti girov götürdüyü, aralarından 13-nü isə öldürdüyü bildirilib.

Qaçırılan jurnalistlərin böyük əksəriyyəti teror təşkilatı tərəfindən sərbəst buraxılıb. Ancaq 10 jurnalistin hələdə İŞİD-in əlində olduğu məlumatı yayılıb.

Hesabata görə, bütövlükdə 60 jurnalist təzyiqlər və təhdidlərə görə Mosulu tərk edib.

Qeyd edək ki, İraqın ikinci ən böyük şəhəri Mosul 2014-cü ilin iyunun 10-dan İŞİD-in əlinə keçib.

Şərhlər

Çox oxunanlar