Yunanstan ümidini Moskvaya bağlayıb

19.06.2015 13:00     Dünyadan reaksiya     1734

Kreml Afinanın BVF-yə olan borcunu geri qaytarması üçün kömək edəcəkmi?

Rusiyanın Yunanıstana borc verib-verməməsi bü gün bəlli olacaq.

ANS PRESS-in məlumatına görə, bu gün Rusiya prezidenti Vladimir Putin və Yunanstanın baş naziri Aleksis Sipras arasında görüş planlaşdırılıb.

Yunanstanın baş nazirinin bu ilin aprelindən Rusiyaya ikinci səfəri olacaq. O, Rusiya prezidenti ilə görüşdən sonra Sankt-Peterburqda işə başlayan iqtisadi foruma qatılacaq. 

Maraqlıdır ki, Rusiya Yunanstanın Beynəlxalq Valyuta Fonduna borcunu geri qaytarması üçün kömək edəcəyi barədə verdiyi vədi yerinə yetirməsi maraq doğursa da, amma real görünmür. Çünki Rusiyanın yüksək vəzifəli şəxsləri Yunanstana borcun verilib-verilməyəcəyi barədə açıqlama verməkdən boyun qaçırıblar.

Xatırladaq ki, Yunanstan Avropa İttifaqı ilə danışıqlarda və Beynəlxalq Valyuta Fonduna borcunu geri qaytarmaqda dalana dirənib. Yardımları çıxmaq şərtilə iyunun 30-dək ödənilməli olan borcun məbləği 1,8 milyard dollardır. 

Bu arada Avrozona ölkələrinin liderləri də Yunanstanla bağlı iyunun 22-də fövqəladə iclas keçirəcəklər.

Şərhlər

Çox oxunanlar