Bolqarıstan nəhayət Türkiyəyə “birləşdi‘
30.10.2015 14:44 Dünyadan reaksiya 2040
Bolqar avtoban sistemini Türkiyəyə birləşdirən Maritsa avtomobil yolunun son mərhələsinin inşası da bu günlərdə başa çatıb.
Reaksiya.az bolqar mətbuatına istinadən xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyadan Türkiyəyə avtomobil yolunun çəkilişi tamamlanıb. Aİ tərəfindən maliyyələşdirilən Maritsa (Meriç) avtomobil yolunun ölkənin cənubi – şərqindəki 31 kilometrlik son mərhələsi də tamamlanaraq cümə axşamı açılıb.
Beləcə başda Almaniya olmaqla Avropadan Türkiyəyə avtomobil yolu ilə gedən türklər və turistlər Sofiyadan Kaptan Andreevo sərhəd keçid məntəqəsinə kimi kəsintisiz olaraq avtomobillə yolculuğu həyata keçirmək mümkün olacaq.
Şərhlər