Obama Əsədin hakimiyyətdə qalmasına "icazə" verdi - ABŞ geri çəkilir
30.10.2015 14:47 Dünyadan reaksiya 2032
ABŞ prezidenti Barak Obamanın administrasiyası Bəşər Əsədin Suriya hakimiyyətində qarlmasına razılıq verib.
“Eurasia Diary”nin məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti Ağ Evdəki mənbələrə istinadən yazır.
Amerika nümayəndəliyinin bu gün Vyanada bu məsələni müzakirə edəcəyi deyilir. Bu barədə Ağ Ev hələ ictimai açıqlama verməyib ki, danışıqlarda manevr üçün imkanlar qalsın. Lakin məlumdur ki, amerikalı diplomatlar danışıqlara qədər Əsədiin mümkün taleyini öz müttəfiqləri ilə, o cümlədən, Türkiyə, Səudiyyə Ərəbistanı v Qətərlə müzakirə ediblər. Görüşdə ABŞ nümayəndəliyi diqqəti rəsmi Dəməşqlə müxalifət qüvvələri arasında barışığın təmin edilməsinə yönəldəcək.
Qəzet qeyd edir ki, son bir neçə həftə ərzində ABŞ-ın Əsədin taleyi ilə bağlı mövqeyi xeyli dəyişilib: əvvəlcə Ağ Ev Suriya prezidentinin dərhal hakimiyyətdən getməsini tələb edirdi, lakin bir müddət sonra bu tələbi aradan qaldırdı, indi isə Əsədin bundan sonra da hakimiyyətdə qalmasını müzakirə etməyə hazırdır.
“The Wall Street Journal” bu qərarı İran və Rusiyanın məsələyə müdaxiləsi ilə əlaqələndirir.
Vyana dnaışıqlarında Rusiya, ABŞ, Türkiyə, İran, İraq və Misirin nümayəndə heyətləri iştirak edəcək.
Şərhlər