Ankarada Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar rəsmi mərasim keçirilib - FOTOLAR

19.06.2015 13:05     Dünyadan reaksiya     1860

Ankarada Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar rəsmi mərasim keçirilib.

APA-nın xəbərinə görə, mərhumun cənazəsi səhər yerli vaxtla saat 07.45-də xəstəxanadan çıxarılıb və evinə aparılıb. İlk mərasim S. Dəmirəlin Ankaradakı Güniz sokak ünvanında yerləşən evinin qarşısında olub. Daha sonra Türkiyə Böyük Millət Məclisində rəsmi mərasim başlayıb. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, TBMM sədri Cəmil Çiçək, 11-ci prezident Abdulla Gül və digər rəsmi şəxslər, 9 ölkədən gəlmiş xarici qonaqlar iştirak edib. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.   

 

TBMM-dəki mərasimdən sonra cənazə Kocatəpə camesinə aparılıb. Camedə qılınan cümə namazı və cənazə namazından sonra Dəmirəlin nəşi doğulduğu İsparta vilayətinə göndəriləcək və iyunun 20-də orada dəfn olunacaq.   

Şərhlər

Çox oxunanlar