Suriyada raket atəşi və hava zərbələri nəticəsində 77 nəfər ölüb

31.10.2015 00:28     Dünyadan reaksiya     1518

 Suriyanın paytaxtı Dəməşqin yaxınlığında raket atəşi nəticəsində ən azı 57 dinc sakin həlak olub.

Reaksiya.az-ın verdiyi məlumata görə, onlarla insan xəsarət alıb.

Suriya İnsan Haqları Observatoriyasının bildirdiyinə görə isə Hələbdə hava zərbələri 20 dinc sakinin həyatına son qoyub. Hərbi təyyarələrin hansı ölkəyə məxsus olduğu müəyyən edilməyib. 

Şərhlər

Çox oxunanlar