ABŞ Suriyaya xüsusi təyinatlılar göndərir

31.10.2015 00:36     Dünyadan reaksiya     1700

ABŞ prezidenti Barak Obama 50-dək xüsusi təyinatlının Suriyanın şimalına göndərilməsinə dair sərəncam verib.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi xəbərinə görə, Ağ Ev nümayəndəsi məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri İŞİD-lə mübarizədə koordinasiya dəstəyi göstərəcəklər.

Bundan əlavə, İŞİD-in mövqelərinə zərbələrin intensivliyinin artırılması məqsədilə Türkiyənin “İncirlik” hərbi bazasına A-10 tipli hücumçu və F-15 qırıcı təyyarələr göndəriləcək. 

Şərhlər

Çox oxunanlar