ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri görüşüb
31.10.2015 02:01 Dünyadan reaksiya 1720
Avstriyanın paytaxtı Vyanada ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Məhəmməd Zərif arasında ikitərəfli görüş olub.
Reaksiya.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, danışıqlar Suriyada münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə görüş çərçivəsində baş tutub.
Oktyabrın 30-da keçirilən görüşdə Kerri və Zərif İranın nüvə proqramına dair əldə olunan razılaşmanın gerçəkləşməsi və davamlılığını müzakirə ediblər. İRNA agentliyinin məlumatına görə, cümə günü ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri arasında daha iki görüş olub. Onların təfərrüatları barədə məlumat verilmir.
Şərhlər