ABŞ girov götürülən BMT əməkdaşlarının azad edilməsini tələb edir

31.10.2015 04:12     Dünyadan reaksiya     1495

Rəsmi Vaşinqton Cənubi Sudanda girov götürülən BMT əməkdaşlarını azad etməyi tələb edib.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

“Biz girov götürülənləri dərhal azad etməyə, ələ keçirilmiş avadanlığı qaytarmağa çağırırıq. Sülhməramlılar və BMT əməkdaşlarına qarşı hücum hərbi cinayət kimi qiymətləndirilə bilər.  Təhlükəsizlik Şurasının 2206 nömrəli qətnaməsinə uyğun olaraq insidentlə əlaqədar sanksiyaların tətbiqi mümkündür”, deyə C.Kirbi bildirib.

Xatırladaq ki, oktyabrın 26-da üsyançılar BMT sülhməramlıları üçün silah, yanacaq və  müxtəlif ləvazimat daşıyan gəmini ələ keçiriblər. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bildirdiyinə görə, təşkilatın 12 əməkdaşı girov götürülüb. 

Şərhlər

Çox oxunanlar