Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılacaq
31.10.2015 10:20 Dünyadan reaksiya 1880
Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından çıxarılması üçün işlər başlayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani açıqlama verib.
O, Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu təsdiq edən rəsmi sənədi Ukraynanın orqanlarından aldıqlarını deyib.
Ədliyyə naziri Gürcüstan Konstitusiyanın 12-ci maddəsini görə əsas gətirərək qeyd edib ki, Gürcüstanda ikili vətəndaşlıq hüququ yoxdur.
Həmçinin, Tsulukiani keçmiş prezidentə sahib olduğu ölkə vətəndaşlıqlarından birini seçiməsi üçün müəyyən qədər vaxt veriləcəyini də dilə gətirib.
Qeyd edək ki, 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra ölkəni tərk edən sabiq prezident barəsindəki həbs qərarı səbəbilə geri qayıtmayıb.
Saakaşviliyə Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən vətəndaşlıq hüququ verilərək Odessa vilayətinin qubernatoru təyin olunub.
Şərhlər