Obama İraqın baş nazirinə zəng etdi
31.10.2015 11:02 Dünyadan reaksiya 1946
ABŞ prezidenti Barak Obama İraqın baş naziri Heydər İbadi ilə telefon vasitəsi ilə əlaqə saxlayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Coş Ernest (Josh Earnest) məlumat yayaraq prezidentlə baş nazirin İraqın siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdiklərini qeyd edib.
Həmçinin, Ernest Obamanın telefon danışığı zamanı İŞİD terror təşkilatına qarşı olan müharibədə İraqa dəstəyin davamlı olacağını da dilə gətirdiyini bildirib.
Şərhlər