Sloveniya-Avstriya sərhədində miqrant xaosu
31.10.2015 12:48 Dünyadan reaksiya 2288
Miqrantların hər gün yeni bir faciə ilə nəticələnən ümid səfəri Avstriyaya kimi gəlib çıxıb.
Təqribən hər gün minlərlə insan sərhədə gəlir və sərhəddə tam bir xaos havası hakimdir.
Reaksiya.az Euronews - a istinadən xəbər verir ki, Macarıstanın Serbiya və Xorvatiya sərhədini bağlamasından sonra miqrantlar Sloveniya tərəfdən Avstriyaya yönəlməyə başlayıblar.
Axın-axın Avstriya sərhədinə gələn miqrantlar tikanlı məftilləri və maneələri aşaraq Avstriyaya keçməyə çalışırlar.
Avstriya sərhədinə gələn miqrantlar arasında çoxlu sayda uşağın olduğu diqqət çəkir. Müharibədə ən böyük itkilərlə üzləşən uşaqlar analarının ya da təcili tibbi yardım qruplarının qollarında ağlayır.
Miqrantlar təhlükəsizlik qüvvələrinin vasitəçiliyi ilə Avstriyaya daxil olurlar. Sərhəd qəsəbəsi Sentiljə həftə sonundan etibarən gələn miqrantların sayı 10 min nəfər civarındadır.
Yorğun insanlar yerdə uzanıb istirahət edir, bir az enerjisi olanlar isə tikanlı məftillərə hücum çəkirlər.
Sloveniya Daxili İşlər naziri Vesna Gyorkos Znidar isə ölkəsinin miqrantlara hər cür dəstəyi vermək üçün hazır olduqlarını bildirib.
Şərhlər