İŞİD-in seks kölələri üçün BMT-yə “xilas edin” çağırışı
19.06.2015 14:28 Dünyadan reaksiya 2659
IŞİD-in qaçırıb kölə bazarında satışa çıxardığı qadınlar üçün BMT-nin bir “xüsusi bir qrup” qurması tələb edilir.
IŞİD-in qaçırdığı və kölə bazarlarında satdığı yüzlərlə Yezidi, Kürd və xristian qadınla görüşən qadın hüquqları müdafiəçisi, vəkil Jacqueline Isaacin verdiyi məlumata görə "İstəsən də istəməsən də mənimlə olmalısan, çünki mən müsəlmanam” – sözləri İŞİD-in cinsi zorakılığa və zehni işgəncələrə məruz qalan iraqlı qadınların duyduqları sözlədirr.
İsaac bu həftə Birləşmiş Millətlər Təşkilatını ziyarət edərək, İŞİD -in seks köləsi halına gətirilən qadınların yaşadıqları fiziki və mental zədəyə bağlı məlumatları təqdim edəcək. Isaac BMT-yə bununla bağlı xüsusi bir qrup yaradılmasını təklif edəcək.
İsaac seks köləsi 70 yezidi qadınla görüşüb
Keçən ilin avqust ayında Sincarda gecəyarısı evlərindən qaçırılan və Musulda saxlanılan 70 əsir Yezidi qadınla görüşdüyünü ifadə edən İsaac, bütün qadınların təxminən eyni şeyləri danışdıqlarını bildirib. Qaçırılan şəxslər arasında 5 yaşından kiçik olanlar sərbəst buraxılmış, 25 yaşdan yuxarı qadınlar isə Suriyaya göndərilmişdi. Gənc qadınlar xüsusi gözəllik kursundan keçmiş, bakirəlik testi aparıldıqdan sonra İŞİD döyüşçüləri arasında bölüşdürmüşdü. Günlərlə cinsi təcavüzə məruz qalan qadınlar, daha sonra başqa bir İŞİD döyüşçüsünün süsusi mülkiyyəti kimi satışa çıxarılıblar.
Şərhlər