Əsədin qarşısında 2 variant var - Səudiyyə XİN başçısı
31.10.2015 14:32 Dünyadan reaksiya 2027
"Əsədin qarşısında 2 variant var: ya siyasi yollarla, ya da müharibə meydanında uduzaraq gedəcək".
Reaksiya.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr Səudiyyə Ərəbistanının rəsmi "Əl-Əhbariyyə" telekanalına bəyanatlar verib.
Adil əl-Cübeyr çıxışı zamanı Vyana danışıqlarında bu 2 variantı təklif etdiklərini və gələcək günlərdə İran və Rusiyanın Suriya böhranının dinc yollarla həll edilməsi istiqamətində istəkli olub-olmadığını müşahidə edəcəklərini vurğulayıb.
O, həmçinin Suriya danışıqları zamanı Əsədin necə və nə zaman vəzifədən gedəcəyi və İran qüvvələri başda olmaqla xarici güclərin Suriyadan nə vaxt və necə çəkiləcəyi mövzularında fikir ayrılıqları yarandığını söyləyib: "Bu iki məsələdə razılıq əldə olunmasa həll də olmayacaq. Bu barədə danışıqlarda fikrimizi açıq formada ifadə etmişik”
Qeyd edək ki, oktyabrın 30-da ikinci dəfə Vyanada keçirilən Suriya zirvə yığıncağında 17 ölkənin xarici işlər naziri iştirak edib.
Şərhlər