Sabah Əsəd getsə belə, Suriyanın problemləri bitməyəcək - Vitse-kansler

31.10.2015 15:11     Dünyadan reaksiya     1818

Almaniya vitse-kansleri Sigmar Qabriel Rusiya prezidenti Putinlə görüşüb.

Reaksiya.az  xəbər verir ki, baş nazir müavini Sigmar Qabrielin Putinlə görüşü iki saat çəkib. Rusiyanın Suriya və Şərqi Ukrayna böhranlarının həllində konstruktiv rol oynamasını ümid etdiyini söyləyən Qabriel Rusiyanın Suriya Prezidenti Bəşər Əsədə təqdim etdiyi dəstəyi isə böyük bir problem adlandırıb.

O vurğulayıb ki, Rusiya siyasi nizamlanmaya hazırdır. Qabriel əlavə edib ki, Suriyanın problemi ancaq Əsəd deyil və "sabah Əsəd getsə belə, Suriyada problemlər bitməyəcək".

Şərhlər

Çox oxunanlar