Türkiyə millətçilərinin lideri xəbərdarlıq etdi
31.10.2015 16:58 Dünyadan reaksiya 2040
Türkiyənin MHP partiyasının sədri Dövlət Bağçalı bir sıra bəyanatlar verib.
Reaksiya.az xəbər verir ki, sədr parlament seçkilərindən sonra hansı məsələlərə "yox" deyəcəklərini açıqlayıb.
Dövlət Baxçalının bildirib: “MHP ilk olaraq azlıq hökümətinin qurulacağına, ikinci olaraq erkən seçkiyə "yox" deyirik. Üçüncü olaraq bu məmləkətin HDP-ə səs vermiş övladlarının iradəsinə hörmətlə yanaşırıq, ancaq PKK-nın siyasi qanadı HDP-ni ciddi hesab etmirik. PKK ilə birlikdə olduğu müddətcə onu siyayi partiya kimi tanımırıq. PKK-nın qanadı seçki hökumətində olacaqsa seçki hökümətində də olmağa "yox" deyirik”.
Şərhlər