TÜRKPA müşahidəçiləri Türkiyədə görüşlər keçirib

31.10.2015 23:52     Dünyadan reaksiya     1763

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Türkiyədə keçiriləcək təkrar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmək məqsədilə Ankarada bir sıra görüşlər keçirib.

Reaksiya.az-ın məlumatına görə bu barədə TÜRKPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib.

Bildirilir ki, müşahidəçilər Türkiyənin Yüksək Seçki Qurumun sədri cənab Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri cənab Zühtü Arslan, Ədalət və İnkişaf Partiyasını təmsil edən cənab Ahmet Iyimaya, Cümhuriyyət Xalq Partiyasından cənab Levent Gök və Millətçi Hərəkət Partiyasının nümayəndəsi cənab Sefkat Çetin ilə görüşlər keçirib.

Seçki günü missiya Türkiyə paytaxtının bir sıra məntəqələrini ziyarət edib səsvermə prosesini izləyəcək. Seçki günündən sonra noyabrın 2-də missiyanın təkrar parlament seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, TÜRKPA müşahidəçilər missiyası Türkiyədə keçirilmiş 2011-ci il parlament seçkiləri, 2014-cü il prezident seçkiləri və 7 iyun 2015-ci il tarixində baş tutmuş son parlament seçkilərini də izləyib.

Şərhlər

Çox oxunanlar