Bu aviaşirkət Sinay yarımadası üzərindən uçuşları dayandırıb
01.11.2015 01:14 Dünyadan reaksiya 1664
Reaksiya.az bu barədə APA-ya istinadən məlumat verir.
İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsini vurduğunu iddia edərək buna görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı bildirilir.
Rusiya və Misirin rəsmi qurumları bu məlumatı təkzib ediblər.
Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.
Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.
Şərhlər