Misirdə qəzaya uğrayan təyyarənin ilk görüntüsü yayılıb - VİDEO

01.11.2015 01:37     Dünyadan reaksiya     1853

Oktyabrın 31-də səhər Misirdə qəzaya uğrayan А321 tipli sərnişin təyyarəsinin ilk görüntüsü yayılıb.

Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, hadisə yerində çəkilən görüntüdə sərnişinlərin şəxsi əşyaları və təyyarənin qalıqlarınını görmək mümkündür.

Qeyd edək ki, Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib.

Göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin qalıqları Sinay vilayətinin mərkəzi hissəsində aşkarlanıb. Təyyarədəki insanların hamısı həlak olub. Faciə ilə bağlı Rusiyada matəm elan olunub.

Son məlumata görə, təyyarənin “qara qutuları” Misirin baş prokurorluğuna təhvil verilib.

Şərhlər

Çox oxunanlar