ABŞ dövlət katibinin Mərkəzi Asiya ölkələrinə səfəri başlayıb

01.11.2015 02:40     Dünyadan reaksiya     1612

ABŞ dövlət katibi Con Kerri Mərkəzi Asiya ölkələrinə beşgünlük səfərinin ilk dayanacağı olan Qırğızıstanın paytaxtı Bişkekdədir.

Reaksiya.az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Qırğızıstanda bir gün qaldıqdan sonra Kerri Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanda olacaq.

ABŞ rəsmiləri bildirib ki, Con Kerrinin səfərinin əsas məqsədi Birləşmiş Ştatların Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclü olaraq qaldığını nümayiş etdirməkdən ibarətdir.

Lakin keçmiş sovet respublikalarında çatışmazlıqlar haqda danışması üçün Con Kerriyə təzyiqlər göstərilir.

Şərhlər

Çox oxunanlar