Türkiyədə yeni beynəlxalq layihə - "TRTWORLD"

01.11.2015 04:08     Dünyadan reaksiya     1897

Türkiyə Radio və Televiziya Birliyi (TRT) yeni layihəsini təqdim etməyə hazırlaşır. Reaksiya.az "Anadolu" xəbər agentliyinə istinadən məlumat verir ki, "TRTWORLD" adlı yeni kanal ingilis dilində olacaq və bütün dünyada kodsuz yayımlanacaq. Bu barədə TRT rəhbərinin müavini İbrahim Eren məlumat verib. Onun sözlərinə görə kanalda son texniki çatışmazlıqlar həll olunur. Eren bildirib ki, yeni kanal dünyadakı ingilis dilli kanallardan fərqli bir proqrama sahib olacaq və qısa zamanda geniş kütlənin diqqətini cəlb edəcək. 

Şərhlər

Çox oxunanlar