Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilir

01.11.2015 05:07     Dünyadan reaksiya     1697

Bu gün Türkiyədə Böyük Millət Məclisinə növbədənkənar seçkilər keçirilir.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səsvermə ölkənin 32 vilayətində yerli vaxtla saat 7.00-da, digərlərinda isə saat 8.00-da başlanacaq. Səsvermə prosesi 9 saat davam edəcək. 54 milyon seçici 175 min seçki məntəqəsində 550 deputatın adını müəyyən edəcək. Seçkilərdə 16 siyasi partiya iştitak edir.

Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, 54 xarici ölkədəki 113 diplomatik nümayəndəliyində səsvermə artıq keçirilib. Səsvermə bülletenlərinin ölkəyə daşınması başa çatmaq üzrədir. İstifadə olunan bütün bülletenlər noyabrın 1-də səsvermə başa çatandan sonra bir yerdə sayılacaq.

Ali Seçki Komissiyası və ölkənin Radio və Televiziya Təşkilatı səsverməyə 24 saat qalmış seçkilərlə bağlı reklam nümayişini dayandırıb.

Şərhlər

Çox oxunanlar