Toni Bleyr Qəddafi üçün Klintona dil tökürdü - Məktub üzə çıxdı

01.11.2015 10:38     Dünyadan reaksiya     2114

 Dövlət Departamentinin ictimaiyyətə açıqladığı Hillari Klintona aid yazışmalar içində Britaniyanın sabiq baş naziri Toni Bleyrin məktubu diqqət çəkib.

Reaksiya.az xəbər verir ki, Bleyr 2011-ci ildə ovaxtkı dövlət katibi Hillari Klintona yazdığı məktubda onu təkidlə Liviya lideri Qəddafi ilə danışıqlara və “onu məhv etməməyə” çağırırdı.

 “Daily Mail”in məlumatında bildirilir ki, Bleyr Qəddafi ilə telefonda danışmış və ölkədə sülh prosesinin başlaması və vətəndaş müharibəsinin dayandırılması ilə bağlı razılaşmşdı.

 Qeyd edək ki, ABŞ və NATO mərhum Liviya liderini məhz vətəndaş müharibəsi salmaqda ittiham edərək devirmişdi.

Şərhlər

Çox oxunanlar