Türkiyədə liderlər səs verir
01.11.2015 11:32 Dünyadan reaksiya 1843
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 noyabr parlament seçkilərində səs hüququndan İstanbulda Saffet Çələbi ibtidadi məktəbində yararlanacaq.
Reaksiya.az “Milliyet”ə istinadən xəbər verir ki, baş nazir Əhməd Davudoğlu isə Konyada Şükrü Doruk Qız Anadolu İmam Xətib Liseyində səs verəcək.
MHP sədri Dövlət Baxçalı Çankayada Anıttəpə ibtidai məktəbində, VHP sədri Kemal Kılıçdaroğlu Çukurambarda Arjantin İbtidai Məktəbində səs verəcək.
HDP həmsədri Selahatdin Demirtaşın isə İstanbulda səs verəcəyi gözlənilir.
Şərhlər