Bu il Almaniyaya sığınan miqrantların sayı 600 mini keçdi

01.11.2015 11:42     Dünyadan reaksiya     1782

2015-ci ilin yanvarından Almaniyaya sığınan mühacirlərin sayı 600 mini keçib.

 Reaksiya.az xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin Avropa Komissiyasına göndərdiyi hesabatda Almaniyada sığınacaq üçün müraciət edənlərin sayının sentyabr ayının sonunda 600 minə çatdığı deyilir.

Lakin reallıqda bu rəqəmin 20 faiz artıq olacağı da qeyd olunur, çünki mühacirlərin bir qismi Almaniyaya gələrkən qeydiyyatdan keçmir.

Şərhlər

Çox oxunanlar