Türkiyə təyyarələri 50-dən çox İŞİD-çini məhv etdi

01.11.2015 12:27     Dünyadan reaksiya     1954

Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində 50-dən çox İŞİD döyüşçüsü məhv edilib.

Reaksiya.az xəbər verir ki, Türkiyənin 6 ədəf F-16 təyyarəsi və suriyalı müxaliflərin birgə iştirakı ilə, “İslam dövləti” (İŞİD) qruplaşmasının Suriyanın şimalında olan mövqelərnə zərbələr endirilib.

Türkiyə sərhədlərindən 5 kilometr aralıda Xarecele və Delha məntəqələrində baş tutan əməliyyatlar nəticəsində İŞİD-ə aid 8 hədəf məhv edilib.

Əməliyyat nəticəsində 50-dən çox döyüşçü öldürülüb, 30 döyüşçü yaralanıb.

Şərhlər

Çox oxunanlar