Suriyada daha bir şəhər İŞİD-in əlinə keçdi
01.11.2015 13:30 Dünyadan reaksiya 2145
Suriya ordusu ilə silahlı toqquşmalardan sonra, “İslam dövləti” (İŞİD) qruplaşmasının əlinə keçib.
Reaksiya.az-ın məlumatına görə, İŞİD-çilər Xoms vilayətinin cənubundakı Maxin şəhərini zəbt ediblər.
2004-cü ildə keçirilmiş siyahıyaalınmaya görə, bu şəhərdə 11 min insan yaşayıb, əhalinin əksəriyyətini sünni müsəlmanlar təşkil edib.
Maxində 50-dən çox Əsəd rejiminin əsgərinin öldüyü qeyd olunur. Bu şəhəri ələ keçirməklə, İŞİD döyüşçüləri Dəməşqlə Xomsu birləşdirən əsas şosse yolunun 20 kilometrliyində möhkəmləniblər.
Eyni zamanda xristianların yaşadığı Sədad şəhərində də toqquşmaların baş verdiyi bildirilir.
Şərhlər