130 yaşlı qoca səs vermək üçün məntəqəyə gəldi
01.11.2015 14:51 Dünyadan reaksiya 2020
Türkiyənin ən yaşlı seçicisi olan 130 yaşlı Mehmet Esen TBMM-ə keçirilən növbədənkənar seçkilərdə səs vermək üçün seçki məntəqəsinə gəlib.
Reaksiya.az xəbər verir ki, Siirt Vilayəti Eruh mahalında yaşayan seçici səsvermə hüququndan mahal mərkəzində Milli Təhsil Fondunun ibtidai məktəbindəki məntəqədə istifadə edib.
Səsvermədə nəvələrinin köməyi ilə iştirak edən 130 yaşlı qoca mətbuata bildirib ki, "1 noyabr seçkilərinin Türkiyənin qardaş xalqları olan kürdlərə və türklərə sülh, firavanlıq gətirməsini arzulayır".
Şərhlər