Türkiyədə səslərin 97 faizi hesablandı, AKP təkbaşına iqtidar oldu - YENİLƏNİR
01.11.2015 21:59 Dünyadan reaksiya 2362
Yeniləndi 21:59
Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən parlament seçkilərində 49,36 faiz səslə (316 milllət vəkili) birinci yerdədir. Səslərin 97,2 faizi artıq hesablanıb. CHP-dən 134, MHP-dən 41, HDP-dən isə 59 millət vəkili seçilib.
21:50
Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) 49,34 faiz səslə (315 millət vəkili) birinci yerdədir.
Reaksiya.az xəbər verir ki, aktivliyin 87 faizdən artıq olduğu seçkilərdə AKP ölkədən kənarda (diplomatik nümayəndəliklərdə) keçirilən seçkilərdə isə 56 faizdən artıq səs toplayıb. CHP-dən 134, MHP-dən 42, HDP-dən isə 59 millət vəkili seçilib. AKP 63, CHP 6, HDP isə 12 vilayətdə liderliyi qoruyur.
Şərhlər