Dövlət Baxçalının istefa məktubu yayıldı - FOTO
01.11.2015 22:25 Dünyadan reaksiya 2020
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının partiyanın rəhbəri vəzifəsindən istefa verdiyi barədə məktub yayılıb.
Reaksiya.az "Rotahaber"ə istinadən xəbər verir ki, buna səbəb kimi MHP-nin bu gün Türkiyədə keçirilən təkrar parlament seçkilərində məğlubiyyəti göstərilir. MHP cəmi 41 millət vəkili yeri qazanıb.
İlkin nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb. Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.
Şərhlər