Dövlət Baxçalı istefa iddialarını cavablandırdı
02.11.2015 09:53 Dünyadan reaksiya 1872
Dünən Türkiyədə baş tutan parlament seçkilərindən sonra Milliyəçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının istefa verdiyi iddia olunub.
Reaksiya.az xəbər verir ki, Dövlət Baxçalı yazılı açıqlama verərək istefa vermədiyini açıqlayıb.
O, seçkilərdə barajı keçməyin əsas olduğunu qeyd edib: "Rəsmi olmayan nəticələrə əsasən, AKP 49,1faizlik səs nisbəti və 312 deputat ilə təkbaşına iqtidar olub. Millətimiz koalisiya qurmaqdan qaçan AKP-yə təkbaşına hakimiyyət vəzifəsi verib. MHP prinsiplərindən güzəştə getmədən, inandığı həqiqətlərdən dönmədən, yolunda qərarlı, əmin addımlarla irəliləyəcək. Partiyamızın bütün üzvləri səbirlə, fədakarcasına, inanaraq vəzifələrini icra etməyə davam edir".
Şərhlər