Türkeşdən Baxçalıya ağır cavab - "Əcdadını tanımayanlar..."
02.11.2015 10:27 Dünyadan reaksiya 1983
MHP-dən istefa verərək AKP-yə keçən Toğrul Türkeş sosial şəbəkələrdən onun haqqında “dağdan qalxan sərçə” ifadəsi işlətmiş MHP sədri Dövlət Baxçalıya sərt cavab verib.
Reaksiya.az xəbər verir ki, MHP qurucusu Alparslan Türkeşin oğlu T.Türkeş özünün “Twitter” hesabında “Dağdan qalxan quşun cinsini bilməyən, əcdadını tanımayanlar sabahkı aqibətlərinə hazırlaşmalıdır” deyə yazıb.
D.Baxçalı jurnalistlərin “Toğrul Türkeşin istefası MHP-nin səslərini bölərmi?” sualına “Bir dağa bir sərçə qonsa dağ nə qazanar? Bir dağdan sərçə qalxsa, dağ nə itirər?” deyə cavab vermişdi.
Şərhlər