Avropada miqrant böhranı Sorosun əsəridir! - Baş nazir
02.11.2015 10:48 Dünyadan reaksiya 1926
Balkanlar başda olmaq üzrə Avropa ölkələrini yay aylarından bu yana ciddi şəkildə böhrana sürükləyən qaçqın axnıyla əlaqədar, qeyri-adi bəyanat gündəmə gəlib.
Reaksiya.az Avropa mətbuatına istinadən xəbər verir ki, Macarıstan baş naziri Viktor Orban qaçqın köçü və miqrant böhranının arxasında Corc Soros başda olmaq üzrə beynəlxalq spekulyator və solcuların olduğunu iddia edib.
Orban Avropanı böhran miqrantına sürükləyən şəxsləri “seçilməmiş liderlər” adlandıraraq, onları Avropaya xəyanət etməkdə günahlandırıb.
Baş nazir miqrant böhranının arxasında duranların başda macarəsilli milyarder Corc Soros olmaqla beynəlxalq spekulyator və solçuların olduğunu deyərək, əlavə edib ki, “miqrant böhranı Sorosun əsəridir”.
“O və digərlərinin məqsədi Avropadakı milli dövlətləri yox etmək, sərhədləri olmayan kosmopolit ölkələr yaratmaqdır”, - deyə V.Orban vurğulayıb.
Şərhlər