Yunanıstan sərhədi açmaq istəmir

02.11.2015 11:07     Dünyadan reaksiya     2595

Avropaya getmək məqsədi ilə yola çıxan çoxlu sayıda sığınacaq axtaran şəxslər boğularaq dünyasını dəyişir. Midilli adası rəsmilərinin sərhədlərin açılması təklifini isə yunan hökumətini rədd edib.

Reaksiya.az xəbər verir ki,Egeydə həyatını itirən miqrantların sayının artmasına baxmayaraq, Yunan hökuməti miqrantlar üçün Türkiyə sərhədini açmayacağını bildirib.

Miqrantlardan məsul nazir müavini Yannis Mouzalas “To Vima” qəzetinə verdiyi açıqlamada bildirib ki, hazırki mərhələdə texniki səbəblərə görə bu mümkün deyil.

Siyasətçilər və QHT rəhbərləri Egeydə daha çox miqrantın dünyasını dəyişməsinin qarşısını almaq məqsədi ilə hökumətə sərhədlərin açılması təklifini etmişdilər. Cümə günündən etibarən 31 nəfəri uşaq olmaqla 60 miqrant dünyasını itirib.

 

"Tsipras Türkiyəyə gedəcək"

 

Digər tərəfdən Balkan rotasındaki sığınacaq axtaran şəxslər axını da azalmır. Avstriya isə problemi həll etmək  üçün Aİ-yə təzyiq edir. Avstriya xarici işlər naziri Sebastion Kurz bildirib ki, Avropada və xüsusilə də Almaniyada bəzi məsələlərin artıq adını qoymaq lazımdır: “Bunu açıqca demək lazımdır: Dəvət siyasətinə son qoyulmalıdır".

Şərhlər

Çox oxunanlar