Kerri Astanada görüşlərə başladı
02.11.2015 11:11 Dünyadan reaksiya 1779
ABŞ dövlət katibi Con Kerri Qazaxıstana ilk dəfə rəsmi səfər edib.
Reaksiya. Az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş nazir Kərim Məsimovun rəsmi saytına dərc olunan açıqlamada tərəflərin Qazaxıstan-Amerika tərəfdaşlığına dair geniş müzakirə apardığı deyilir.
“Kərim Məsimov əminliklə bildirib ki, Con Kerrinin Qazaxıstana səfəri iki ölkə arasında daha sıx və strateji tərəfdaşlığın yaranması üçün yaxşı bir stimul rolu oynayacaq”, - deyə məlumatda bildirilir.
Astanaya dünən axşam saatlarında gələn C.Kerri bu gün ilk olaraq baş nazir K.Məsimovla görüşüb, həmçinin prezident Nursultan Nazarbayev və Qazaxıstan-Amerika müştərək komissiyası formatında XİN başçısı Yerlan Udrisovla görüşəcək.
Kerrinin Nazarbayevlə görüşü mətbuatın iştirakı olmadan keçiriləcək.
Şərhlər