Rusiyada yaşayan türklər CHP-ni seçdi

02.11.2015 11:29     Dünyadan reaksiya     2126

Türkiyə sərhədləri xairicində yaşayan türkiyəlilərin verdiyi səslərin sayı açıqlanıb.

Reaksiya.az xəbər verir ki, Avropadan gələn səslərin böyük bir qismini AKP qazanarkən Rusiyadan gələn nəticələrdə CHP birinci çıxıb.

Rusiyadan gələn 1243 səslə CHP birinci olarkən, AKP 799 səslə ikinci, HDP 582 səslə üçüncü, MHP isə 256 səslə dördüncü olub.

Türkiyəlilərin ən çox məskunlaşdığı Almaniyadan AKP 241 min 47 , CHP 59 min 933, HDP 65 min 771, MHP isə 29 min 554 səs toplayıb.

Şərhlər

Çox oxunanlar