Kerriyə sual vermək istəyən jurnaslist zaldan çıxarılıb
02.11.2015 11:57 Dünyadan reaksiya 2112
Orta Asiyada səfərdə olan ABŞ xarici işlər naziri John Kerriyə insan hüquqları ilə bağlı sual vermək istəyən “Washington Post” qəzetinin müxbiri amerikalı diplomatik təhlükəsizlik personalı tərəfindən zorla zaldan çıxarılıb
Reaksiya.az xəbər verir ki, ABŞ baş katibi John Kerri Orta Asiya səfəri zamanı dünən getdiyi Özbəkistanın Səmərqənd şəhərində İslam Kərimov ilə ikitərəfli bir görüş reallaşdırıb. Keçirilən mətbuat konfransında Kerriyə insan hüquqları ilə bağlı sual vermək istəyən “Washington Post” qəzetindən jurnalisti salondan özbək polisi və əyinlərində ingiliscə "diplomatik təhlükəsizlik" yazılmış paltar olan işçilər tərəfindən çölə çıxarılıb.
ABŞ rəsmiləri jurnalistə qdağa qoyulduğunu, ancaq daha sonra ona zala girmək üçün icazə verildiyini açıqlayıb. Xarici İşlər Nazirliyinin rəsmisi jurnalisti qapıdan zorakılğla bayıra çıxaran amerikalı təhlükəsizlik işçisinin rəftarı üçün üzr istəyib.
Kerry Səmərqənddə, Orta Asiyanın 5 ölkəsinin xarici işlər nazirləri ilə yeni yaranan C5 + 1 formatında dialoq konfransı keçirib. Konfransın sonunda imzalanan bəyənatda təhlükəsizlik, ticarət, enerji, ekologiya, təhsil sektorlarında əməkdaşlıq yer alır. Kerry yığıncaqda, ABŞ-ın Orta Asiya ölkələri ilə əməkdaşlıq etməyə maraq duyduğunu ifadə edərək, bölgəyə dəstəklə bağlı yeni dövlət proqramını elan edib.
Şərhlər