“Səudiyyə rejiminin çöküşünə az qalıb” - İran rəsmisi

02.11.2015 11:58     Dünyadan reaksiya     2270

İran ordusu quru qoşunları komandiri general-mayor Əhməd Rza Purdastan bölgədə son proseslərin, Səudiyyə Krallığı rejiminin əsaslarının sarsılması və zəifləməsində təsirli olacağını söyləyib.

Reaksiya.az İRNA – ya istinadən xəbər verir ki, general Pürdastan, dünən Mina faciəsində quru qoşunları personalından həyatını itirən İbrahim Mövləvinin ailəsiylə görüşündən sonra mətbuata verdiyi açıqlamada Minada minlərlə müsəlmanın qanının axıdılması faciəsinin əslində Səudiyyə rejiminin tədbirsizliyinin nəticəsi olduğunu ifadə edib: “Bu il Həcc mərasimi əsnasında yaşanan faciə və bölgədə yaşanan proseslər, Səudiyyə rejiminin çöküşünü sürətləndirəcək amillərdəndir”.

Bilindiyi kimi 24 sentyabr tarixində Həcc mərasimi əsnasında Səudiyyə rejiminin mümkün tədbirlər görməməsi nəticəsində Həcc ziyarəti zamanı Minada yaşanan izdihamda müxtəlif ölkələrdən minlərlə hacı həlak olmuşdu.

Şərhlər

Çox oxunanlar