Miqrantlar Şimal qütbündə çətin vəziyyətdə qalıblar

02.11.2015 12:25     Dünyadan reaksiya     2089

Rusiyadan Avropaya keçid yolu axtaran Suriyalı qaçqınlar Şimal qütbü yaxınlığında sıxışıb qalıblar. Suriya və digər bəzi ölkələrdən Avropa ölkələrinə çatmaq üçün yola çıxan təxminən 500 nəfərə yaxın qaçqın, Rusiyanın qütblərə yaxın uzaq şimal nöqtələrindən Nikel qəsəbəsində çətin vəziyyətdə qalıblasr. Təyyarə və digər nəqliyyat vasitələriylə Rusiyaya gəlməyi bacaran və oradan Norveçə keçməyi planlaşdıran bu qaçqınlar, sərhəd gözətçiləri, tikanlı məftillər və qalmaq üçün yer problemləri ilə üz – üzə qalıblar.

Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər vir ki, miqrantlar 13 min nəfər əhalisi olan Nikeldən, taksi tutaraq Norveçə gedirlər. Bu şəkildə 2015-ci ildə 1200 adamın Norveçə keçdiyi qeyd edilir. 2014-cü ildə isə keçənlərin sayı onlarla idi. Bu marşrut mətbuatda adının tez – tez hallanmasından sonra qaçqınların diqqətini çəkməyə başlayıb. Sərhədi Nikelə gedərək keçmək istəyənlərə rus hərbçilər maneə törədirlər. Qəsəbədə olan tək hotel, ağzına kimi miqrantlarla doludur.

Şərhlər

Çox oxunanlar