Sinan Oğan getdi, İqdır bitdi! - Türkiyə mətbuatı
02.11.2015 14:08 Dünyadan reaksiya 2160
Türkiyənin nüfuzlu nəşri “Milliyyət” qəzeti Azərbaycan əsilli siyasətçi, politoloq Sinan Oğanın MHP-dən getməsindən sonra bu partiyanın İqdırdakı üstünlüyünün də bitməsinə diqqət çəkib.
Reaksiya.Az xəbər verir ki, “Sinan Oğan getdi, İqdır bitdi” başlıqlı məqalədə Sinan Oğanın MHP-də Dövlət Baxçalıya əsas rəqiblərdən biri kimi tanındığı və İqdırda nüfuz sahibi olduğu vurğulanır.
“2011-ci il seçkilərinə Sinan Oğanla gedən MHP İqdırda 34 faiz səs toplamışdı. Sinan Oğanın olmadığı 7 iyun seçkilərində MHP-nin səsləri 26 faizə, 1 noyabr seçkilərində isə yox deyiləcək qədər az – 12 faizə düşdü”, - deyə qəzetdə yazılıb.
Müəllif vurğulayır ki, Sinan Oğanın gedişi ilə MHP-nin İqdırdakı səsləri də “əriyib”.
Şərhlər