Cənazələr Sankt Peterburqa gətirilib - VİDEO

02.11.2015 16:38     Dünyadan reaksiya     2765

Misirdə qəzaya uğrayan təyyarənin qalıqları altından çıxarılan 144 cəsəd, Rusiyanın Sankt Peterburq şəhərinə gətirilib. Reaksiya.az Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, morqa aparılan cəsədlərin  şəxsiyyətinin müəyyən olunmasına bu gündən etibarən başlanacaq.

Rusiyanın “Metrojet” şirkətinə aid Şarm El Şeyx - Sankt Peterburq səfərini reallaşdıran Airbus-A 321 tipli təyyarə havalandıqdan qısa bir müddət sonra Misirin Sina yarımadası yaxınlığında qəzaya uğramışdı.

224 nəfərdən heç biri qəzaya uğrayan təyyarədən xilas olmamışdı. Qəzanın hansı şəraitdə baş verdiyi hələ də məlum deyil.

Şərhlər

Çox oxunanlar