Putinin sözçüsündən Türkiyədəki seçkilərlə bağlı - AÇIQLAMA
02.11.2015 18:38 Dünyadan reaksiya 1966
1 Noyabr günü Türkiyədə keçirilən deputat parlament seçkilərində AKP-nin rəsmi olmayan nəticələrə görə, 49.41% səs toplayıb.
Reaksiya.az “Hurriyet.com”a istinadən xəbər verir ki, AKP-nin təkbaşına iqtidar olması haqqında danışan Kremlin sözçüsü Dmitri Peskov "Türk xalqının iradəsinə hörmətlə yanaşırıq" - dedi.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Peskov Türkiyə dövləti ilə bütün sahələrdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün əməkdaşlıq işlərini davam etdirməyə ümid etdiklərini bildirib.
Şərhlər