ABŞ Suriyaya qoşun göndərərkən Rusiya ilə xəbərləşəcək - Con Kerri

02.11.2015 18:47     Dünyadan reaksiya     1936

ABŞ Suriyaya qoşun göndərərkən, öz addımlarını Rusiya ilə əlaqələndirəcək.

Reaksiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mir” telekanalına müsahibəsində ABŞ dövlət katibi Con Kerri bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiya ilə əməkdaşlığı genişləndirmək istərdi, amma bu, Suriyadakı siyasi proseslə bağlı Rusiyanın qərarlarından asılıdır.

“Biz daha çox şey istərdik, lakin bu, Rusiyadan, onun sülh əldə etməklə bağlı qərarından asılıdır. Biz prezident Əsədin gələcəyini müzakirə etməli, siyasi həll yolu tapmalıyıq”, - deyə Kerri əlavə edib.

Şərhlər

Çox oxunanlar